+994 24 2460527
shekikurslari@gmail.com

 

Zəfər Paradı

İlham Əliyev: “Demişdim, Zəfər günü gələcək, o gün gəldi. Eşq olsun Azərbaycan ordusuna!”

 

 

“Azadlıq Meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır”. 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər paradında çıxışı zamanı bildirib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda keçirilən paradın birində 2016-cu ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətirilmişdi:

“Demişdim ki, gün gələcək, bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq Meydanına gətiriləcək. Bu gün gəldi. Bu tarixi günün şahidi Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

“Öz çıxışımı məşhur kəlamla yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il bundan qabaq demişdir ki, Qarabağ Ermənistandır. Mən isə demişdim ki, Qarabağ Azərbaycandır! Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir. Eşq olsun Azərbaycan ordusuna.

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu. Yaşasın Azərbaycan əsgəri”, - deyə Prezident qeyd edib.

Mənbə. https://oxu.az/politics/447845

10 dekabr 2020